duru yağ

sıvı yağ

duru
durulamaq
OBASTAN VİKİ
Yağ
Yağ — su ilə qarışmayan bir sıra kimyəvi maddələrin qarışığına deyilir. Yağlar üçatomlu spirt olan qliserinin və birəsaslı alı yağ turşularının mürəkkəb efirləridir. belə birləşmələrin ümumi adi triqliseridlərdir. Triqliseridləri əsas etibarı ilə palmitin və stearin, həmçinin olein tuşuları əmələ gətirir. Syearin turşusunun triqliseridi ilk dəfə 1854-cü ildə M.Bertlo tərəfindən sintez edilib Yağlar üç qrupa bölünürlər: piylər, neft məhsulları və efir yağı. Yemək üçün 1 (Qarğıdalı yağı) 2 (günəbaxan yağı) Bəzi hallarda lipofil maddələrin qarışığına (texniki, sintetik yağ) da yağ deyilir. təbii yağda normalquruluşlu və cüt karbon atomu olan irimolekullu (C10 -dan C24 dək) alifatik turşular da iştirak edir. Yağlar sudan yüngüldür və onda həll olmur. onlar üzvi həlledicilərdə - benzolda, karbon 4-sulfiddə (CS2), efirdə və s. yaxşı həll olur.
Nüket Duru
Nüket Duru (türk. Nükhet Duru; 19 may 1954, Niğdə) — türkiyəli müğənni və aktrisa. O, 70-80-ci illərdə Türkiyədə populyar musiqinin ən güclü səslərindən və ən məşhur müğənnilərindən birinə çevrilmişdir.
Hidravlik yağ
Sarı yağ
Qhi (Sanskritcə:ghṛta, Hindi: घी ghī ,*Benqali: ঘী ghee, Urduca: گھی ghī, Tamilcə: நெய் ney, Ərəbcə: سمنة samna, Hausaca: man shanu) — Hindistan yarımqitəsi mənşəli və ümumiyyətlə Cənubi Asiya (Hindistan, Banqladeş, Nepal, Pakistan mətbəxi), mətbəx və rituallarında istifadə edilən aydınlaşdırılmış kərə yağın bir sinifi. Azərbaycan mətbəxində də işlənir. Bu yağın ingiliscə adı ghee dir ki Sanskrit dilindən (ghṛtaIAST, 'səpilmiş') alınıb. Ənənəvi qhi inək südündən hazırlanır (Sanskrit: गोघृत go-ghṛta) və Vedik və müasir Hindu libasyon və yağlama mərasimlərində müqəddəs rolu var. Həmçinin qhi üçün bir himn var.
Yağ mübadiləsi
Lipid metabolizmi hüceyrədə lipidlərin sintez və parçalanma reaksiyaları bütünüdür. Bu mexanizmlərə enerji əldə etmək üçün yağların parçalanması və ya ehtiyat olaraq saxlanması, membran kimi hüceyrəvi strukturlardakı lipidlərin, eləcə də, funksional lipidlərin biosintezi daxildir. Ümumi "lipidlərə" neytral yağların bir qrupu və lipoidlər aiddir. Bu sinfə daxil olan birləşmələrin əsas fiziki xassəsi üzvi həlledicilərdə (benzol, petrolein efiri, xloroform, benzin, aseton, dietilefiri və s.) yaxşı, suda isə çox pis həll olmasıdır. Lipidləri kimyəvi tərkiblərinə görə aşağıdakı qruplara bölürlər:a) yağlar (neytral yağlar, yaxud triqliseridlər); b) böyükmolekullu alifatik turşular; c) fosfatitlər (fosfolipidlər); ç) serebrozidlər, sterin və steridlər; d)qanqliozidlər; ə) mum və mumabənzər maddələr. Yağlar və lipidlər insan və heyvan orqanizmində böyük rol oynayır. Ehtiyat yağları orqanizmin enerji mənbəyidir. Onlar hüceyrə protoplazmasının struktur komponentlərindən biridir. Yağların hidrolitik parçalanması bir neçə mərhələdə davam edir. Lipaza, əsasən, triqliserid molekulunun alfa-efir birləşməsinə təsir göstərir.
Yağ fraksiyasının kimyəvi tərkibi
Yağ fraksiyasının kimyəvi tərkibi Istifadə sahəsinə görə keçmiş ittifaqda istehsal olunan müxtəlif çeşidli sürtkü yağlarını bir neçə qrupa bölmək olar: - motor yağları; - transmissiya sənaye yağları; - xüsusi yağlar. Motor yağları daxili yanma mühərriklərini; sənaye yağları fabrik, zavod, kənd təsərrüfatında işlədilən maşın və mexanizmləri; silindr yağları isə buxar maşınlarının silindrlərini yağlamaq üçün tətbiq olunur. Yağ fraksiyalarının tərkibi spektrroqrafiq, mass-spektroqrafiq tədqiqat və həlqəvi təhlil üsulları ilə öyrənilir. Yağ fraksiyalarının tərkibinə bir və ikihalqalı qısa yan zəncirli aromatik karbohidrogenlər daxildir. Bir və ikihalqalı uzun zəncirli aromatik karbohidrogenlər daxildir. Bir və ikihalqalı uzun zəncirli aromatik karbohidrogenlər Dissor, Makat, Suraxanı (parafinli), Qroznı (parafinli), Çələkən Naftalan, Romaşkin, Tuymazin və ağır Balaxanı neftlərindən alınmış yağ fraksiyalarında geniş yayılmışdır. Yüngül yağ fraksiyalarında naften karbohidrogenləri bir halqalı uzun yan zəncirli, orta fraksiyalarda iki və üç – halqalı uzun yan zəncirli, yüksək temperaturlarda qoyulan fraksiyalarda isə iki, üç və dörd halqalı törəmələr şəklində təsadüf edilir. Yağ fraksiyalarının tərkibindəki sülb parafin karbohidrogenləri adi temperaturda yağlarda pis həll olur və onların ərimə temperaturu yüksəkdir. Parafinli neftlərin yağ fraksiyalarında sülb parafinlərin miqdarı çox olduğu halda, naften və aromatik əsaslı neftlərdə 1–2%-dən artıq olmur. Parafin karbohidrogenlərin ərimə temperaturuna molekulun şaxələnmə dərəcəsi və yan zəncirin vəziyyəti təsir edir.
Bakı Qida və Yağ Fabriki
Altı duru, üstü quru (film, 1983)